MDB Parlamentlərarası Assambleyasının Hüquq məsələləri komissiyasının iclasında

XƏBƏRLƏR
05 oktyabr 2012 | 04:10   
Paylaşın:        

Oktyabrın 6-da Moldovanın Kişinyov şəhərində MDB Parlamentlərarası Assambleyasının Hüquq məsələləri üzrə daimi komissiyasının iclası keçiriləcək. İclasda Milli Məclisin deputatı Hacı Salayev bu komissiyanın sədr müavini kimi iştirak edəcəkdir.
Tədbirdə “Firma adları haqqında”, “Ticarət sirri haqqında”, “MDB iştirakçısı olan ölkələrin Dünya Ticarət Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyətinin hüquqi təminatı haqqında” və “Mübahisələrin məhkəmədən kənar həlli haqqında” model qanun layihələri müzakirə olunacaqdır.
İclasda Hacı Salayev çıxış edəcək, müzakirə olunan qanun layihələrinə münasibət bildirəcəkdir.

 

Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU