MİLLİ MƏCLİSİN DEPUTATI MDB PA-NIN KOMİSSİYA İCLASINDA İŞTİRAK EDƏCƏKDİR

XƏBƏRLƏR
05 oktyabr 2012 | 04:10   
Paylaşın:        

Milli Məclisin deputatı Fəzail Ağamalı MDB Parlamentlərarası Assambleyasının Dövlət quruculuğu və yerli özünüidarəetmə təcrübəsinin öyrənilməsi üzrə daimi komissiyasının iclasında iştirak etmək üçün oktyabrın 7-də Sankt-Peterburqa yola düşəcəkdir.
İclasda “Milli referendum haqqında”, “Regional siyasətin əsasları haqqında”, “MDB PA-nın iştirakçısı olan dövlətlərin davamlı və təhlükəsiz inkişafı Konsepsiyası haqqında”, “Elektron idarəetmə haqqında”, “Sərhədyanı əməkdaşlıq haqqında”, “Yerli idarəetmə təşkilatlarının ümumi prinsipləri haqqında” və digər model qanun layihələri müzakirəyə çıxarılacaqdır.
Fəzail Ağamalı müzakirə olunacaq qanun layihələri barədə çıxış edəcək, qeyd və təkliflərini bildirəcəkdir.
Səfər oktyabrın 10-da başa çatacaqdır.

 

Milli Məclisin
Mətbuat xidməti
 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU