DEPUTATIMIZ AVRONEST PA-nın SEMİNARINDA İŞTİRAK EDƏCƏK

XƏBƏRLƏR
08 oktyabr 2012 | 03:10   
Paylaşın:        

  Milli Məclisin deputatı Asim Mollazadə Avronest  Parlament  Assambleyasının  “Regional  özünüidarəetmədə  yerli  hakimiyyətlərin  rolu” mövzusunda keçiriləcək seminarda  iştirak  etmək  üçün oktyabrın 10-dan 12-dək  Brüsseldə səfərdə  olacaq.   Mövzu ilə əlaqədar  deputatımız məruzə ilə çıxış edəcək.
 Asim Mollazadə səfər  çərçivəsində  “Avronest”in Belarus üzrə işçi qrupunun iclasına da qatılacaq. İclasda Belarusda  seçkilərin  nəticələri və ölkənin  ümumu  mənzərəsi  barədə fikir mübadiləsi aparılacaq.   

 

Milli Məclisin
Mətbuat  xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU