MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

XƏBƏRLƏR
08 oktyabr 2012 | 04:10   
Paylaşın:        

Oktyabrın 8-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvlərinin Meksika Konqresi Deputatlar Palatasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Porfiriyo Munyoz Ledo ilə görüşü oldu.
Komitə sədri Səməd Seyidov qonağı salamlayaraq, Azərbaycan-Meksika münasibətlərinin yüksək səviyyədə inkişafına gösdərdiyi səyələrə görə ona minnətdarlığını bildirdi. Hər iki ölkə arasında əlaqələrin strateji əməkdaşlıq səviyyəsində olduğunu vurğuladı.
Qonağa Azərbaycanın qısa müddət ərzində nail olduğu iqtisadi, siyasi uğurlar haqqında geniş məlumat verildi. Ölkəmizin region dövlətləri arasında güclü potensiala malik olduğu və Avropanın enerji təhlükəsizliyinə verdiyi töhvədən danışıldı. 20 faiz torpaqımızın erməni işğalı altında olduğu, bir milyon insanın öz yurd-yuvalarından didərgin düşdüyü qeyd edildi. Meksika parlamentinin Xocalı faciəsinə verdiyi obyektiv qiymət yüksək qiymətləndirildi.
Bakıda olmağından məmnun qaldığını bildirən Porfiriyo Munyoz Ledo ikitərəfli əlaqələrin inkişafında  parlamentlərarası dostluq quruplarının rolunu xüsusi vurğuladı. Azərbaycanla Mrksika arasında bir sıra sazişlərin imzalandığını nəzərə çatdıran qonaq bu sənədlərin gələcək münasibətlərin inkişafına təkan verəcəyinə inandığını söylədi. Hər iki ölkə arasında əlaqələrin sürətlə inkişaf etdiyi qeyd edildi. Meksikada ümummilli lider Heydər Əliyevin adını daşıyan və Xocalı soyqrımı ilə bağlı meydanların olduğunu bildirən Porfiriyo Munyoz Ledo bunu xalqlarımız arasında dostluq əlaməti kimi qiymətləndirdi.
Çıxış edən deputatlarımız ölkəmizin haqlı mövqeyini dəstəklədiklərinə görə və ümummilli liderin, eləcədə Xocalı faciəsinin qurbanlarının xatirəsini əbədiləşdirən meydanların salınmasına görə Meksika dövlətinə minnətdarlıqlarını bildirdilər.
Görüş səmimi söhbətlə davam etdirildi.


Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU