DEPUTATLARIMIZ MOSKVA VƏ İSTANBULDA SƏFƏRDƏ OLACAQLAR

XƏBƏRLƏR
10 oktyabr 2012 | 05:10   
Paylaşın:        

Milli Məclisin deputatları Fuad Muradov və Ceyhun Osmanlı Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının III hesabat-seçki konfransında iştirak etmək  üçün  oktyabrın  11-dən 14-dək Moskvada səfərdə olacaqlar. 
Səfər çərçivəsində Azərbaycan – Rusiya gənclər forumu  keçiriləcək  və  təşkilatın  idarə  heyətinə  seçkilər  aparılacaq.
Sonra deputatlarımız oktyabrın 14-dən 16-dək  İstanbulda Türkdilli Ölkələrin Parlament Assambleyası tərəfindən təşkil edilmiş “Dövlətlərarası əməkdaşlığın inkişafı prosesində gənc liderlərin rolu” mövzusunda  beynəlxalq  forumun işinə qatılacaqlar. Onlar  konfransda  müzakirə  edilən məsələlərlə əlaqədar  öz fikirlərini bildirəcəklər.


Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU