BEYNƏLXALQ FORUMDA

XƏBƏRLƏR
15 oktyabr 2012 | 04:10   
Paylaşın:        

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Ölkədaxili və qlobal təhlükəszilk” mövzusunda forumda iştirak etmək üçün oktyabrın 16-da İsveçrənin Cenevrə şəhərinə səfər edəcək.
Tədbir Krans-Montana Forumunun təşkilatçılığı ilə Beynəlxalq transmilli cinayət sammiti çərçivəsində keçirilir. Forumda beynəlxalq terrorizm, onun sahibkarlıq, sərmayə sahələrinə təsiri və bununla mübarizə üsulları, Afrika qitəsində, Aralıq dənizi regionunda, Avropada təhlükəsizliyin qorunması və digər məsələlər ətrafında müzakirələr aparılacaq.
Deputatımız müzakirəyə çıxarılacaq məsələlər barədə öz fikirlərini açıqlayacaq, təkliflərini verəcək.
Səfər oktyabrın 21-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU