İKİTƏRƏFLİ ƏLAQƏLƏRİN MÖHKƏMLƏNMƏSİNDƏ PARLAMENTLƏRİN ROLU BÖYÜKDÜR

XƏBƏRLƏR
19 oktyabr 2012 | 06:10   
Paylaşın:        

Oktyabrın 19-da Milli Məclisdə Azərbaycan-Türkiyə parlamentlərarası işçi qrupunun üzvləri Türkiyənin ölkəmizdəki səfiri İsmayıl Alpər Coşqun ilə görüşdülər.
Görüşdə iki qardaş ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsində və möhkəmlənməsində parlamentlərin rolundan, işçi qruplarının fəaliyyətindən, deputatlarımızın beynəlxalq təşkilatlarda xalqlarımız və dövlətlərimiz üçün mühüm əhəmiyyət kəsb edən məsələlərdə eyni mövqedən çıxış etmələrindən söhbət açıldı.
Söhbət zamanı Türkiyənin ölkəmizdəki səfiri İsmayıl Alpər Coşqun, Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası işçi qrupunun rəhbəri Nizami Cəfərov və digər millət vəkilləri ölkələrimiz arasında əlaqələrin inkişafı perspektivləri ilə bağlı fikirlərini bölüşdülər.
Deputatlar yeni səfirə işində uğurlar arzuladılar, onun üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəyinə əminliklərini ifadə etdilər. 

 

Milli Məclisin
Mətbuat xidməti



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU