DEPUTATIMIZ RUMINİYAYA SƏFƏR EDƏCƏK

XƏBƏRLƏR
22 oktyabr 2012 | 03:10   
Paylaşın:        

Milli Məclisin deputatı Jalə Əliyeva oktyabrın 23-dən Rumıniyanın Buxarest şəhərində səfərdə olacaq.
Deputatımız Qara Dəniz hövzəsi qeyri  hökumət təşkilatlarının formuna Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Mədəniyyət, təhsil, sosial məsələlər komitəsinin sədri kimi dəvət olunub. Tədbirdə uşaq hüquqlarının qorunması və onların gələcəyinin təmin edilməsi mövzusunda müzakirələr aparılacaq.
Səfər oktyabrın 26-da başa çatacaq.


Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU