DEPUTATLARIMIZ UKRAYNADA PARLAMENT SEÇKİLƏRİNİ İZLƏYƏCƏKLƏR

XƏBƏRLƏR
24 oktyabr 2012 | 02:10   
Paylaşın:        

Milli Məclisin deputatları oktyabrın 28-də Ukrayna Ali Radasına keçiriləcək seçkiləri izləyəcəklər.
 Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov və deputat Azay Quliyev ATƏT PA-nın müşahidə missiyasının tərkibində, Elton Məmmədov GUAM PA- nın sədri, Asəf Hacıyev QDİƏT PM-nin sədr müavini qismində Ukrayna Parlamentinə seçkiləri müşahidə edəcəklər.
Səfər oktyabrın 30-da başa çatacaq.


Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU