PARLAMENTLƏRARASI İTTİFAQIN ASSAMBLEYASINDA

XƏBƏRLƏR
24 oktyabr 2012 | 03:10   
Paylaşın:        

Oktyabrın 21-də Kanadanın Kvebeq şəhərində Parlamentlərarası İttifaqın 127-ci Assambleyası öz işinə başlamışdır. Assambleyanın iclaslarında Milli Məclisin deputatları Fuad Muradov, Əhliman Əmiraslanov, İlham Əliyev və Sevinc Hüseynova iştirak edirlər.
Tədbirlərdə qloballaşan dünyada vətəndaşlıq, dil və mədəni müxtəliflik, mülki əhalinin həyatının qorunmasında parlamentlərin rolu, davamlı inkişaf üçün ədalətli ticarət və innovativ maliyyələşmə mexanizmləri, demokratiyanın inkişafı üçün sosial mediadan istifadə, enerji təhlükəsizliyi və digər mövzularda fikir mübadiləsi aparılacaqdır.
İclaslarda Milli Məclisin deputatları çıxış edəcək, gündəlikdəki məsələlərə münasibət bildirəcəklər.  
Assambleya çərçivəsində gender məsələsinə həsr olunmuş xüsusi sessiya da keçiriləcəkdir.
Səfər oktyabrın 28-də başa çatacaqdır.


Milli Məclisin
Mətbuat xidməti



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU