QDİƏT PARLAMENT MƏCLİSİNİN İCLASINDA

XƏBƏRLƏR
01 noyabr 2012 | 12:11   
Paylaşın:        

Milli Məclisin deputatı, Qara Dəniz İqtisadi  Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin sədr müavini və qurumdakı Azərbaycan nümayəndə heyətinin  rəhbəri Asəf Hacıyev noyabrın 1-dən 3-dək Türkiyənin İstanbul şəhərində səfərdə olacaq.
Deputatımız QDİƏT PM-nin prosedur qaydaları üzrə işçi qrupunun dördüncü iclasında iştirak edəcək. Öncə işçi qrup cari ilin sentyabrında Ankarada keçirilmiş iclasında konsensus əldə edilməmiş düzəlişlərə yenidən baxacaq. Sonra qurumdakı Türkiyə, Rumıniya və Ermənistan nümayəndə heyətlərinin prosedur qaydalarına dair təklifləri müzakirə olunacaq.
Asəf Hacıyev ölkəmizin mövqeyindən çıxış edərək  həmin məsələlərə münasibət bildirəcək.

 

Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU