İSTANBULDA GENDER MƏSƏLƏLƏRİNƏ DAİR KONFRANS KEÇİRİLƏCƏK

XƏBƏRLƏR
01 noyabr 2012 | 12:11   
Paylaşın:        

Milli Məclisin deputatı Sahibə Qafarova Avropa Şurası ilə Türkiyə Böyük Millət Məclisinin birgə təşkil etdiyi konfransda iştirak etmək üçün noyabrın 2-də Türkiyənin İstanbul şəhərinə səfərə yola düşəcək.
Gender məsələlərinə həsr olunmuş tədbirdə qadınların siyasi və sosial hüquqları təşviq ediləcək, iqtisadiyyata və maliyyə işlərinə daha yaxından cəlb olunması yolları araşdırılacaq. Mədəniyyət və incəsənət sahələrində, eləcə də KİV-də qadınların mövqeyinin gücləndirilməsi zərurətindən danışılacaq. Konfransda qadınlara qarşı zorakılıqla mübarizə məsələsi diqqət mərkəzində olacaq.
Azərbaycan parlamentinin deputatı, AŞPA-nın irqçilik və ksenofobiya üzrə Alt Komitəsinin sədri Sahibə Qafarovanın məruzəsi dinləniləcək.
Səfər noyabrın 9-da başa çatacaq.


Milli Məclisin
Mətbuat xidməti



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU