DEPUTATLARIMIZ LATVİYADA SƏFƏRDƏ OLACAQLAR

XƏBƏRLƏR
02 noyabr 2012 | 06:11   
Paylaşın:        

Noyabrın 4-də Milli Məclisin deputatları Rövşən Rzayev, Aydın Abbasov, Fuad Muradov və Sədaqət Vəliyeva Latviyanın paytaxtı Riqa şəhərinə səfər edəcəklər.
Səfər Latviya parlamentinin Azərbaycanla dostluq qrupunun rəhbəri Yanis Reirsin dəvəti əsasında həyata keçirilir. Səfər müddətində deputatlarımız Latviya parlamentinin fəaliyyəti ilə yaxından tanış olacaq, ölkəmizlə parlamentlərarası əlaqələr üzrə qrupun, Parlament İslahat Partiyasının, Büdcə və maliyyə (vergi) komitəsinin, Konkord mərkəzi parlament qrupunun, Latviya Seymi Xarici işlər komitəsinin, Parlament Yaşıllar və Fermerlər İttifaqının, Parlament Birlik qrupunun üzvləri ilə bir sıra görüşlər keçirəcəklər.
Danışıqlar zamanı millət vəkilləri hər iki ölkənin qanunvericilik orqanları arasında əməkdaşlığın möhkəmləndirilməsi, qanun yaradıcılığı sahəsində təcrübə və informasiya mübadiləsi, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri və digər aktual məsələlər barədə fikirlərini bölüşəcəklər.
Səfər noyabrın 7-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU