DEPUTATLARIMIZ BALTİK ASSAMBLEYASININ SESSİYASINDA İŞTİRAK EDƏCƏKLƏR

XƏBƏRLƏR
05 noyabr 2012 | 04:11   
Paylaşın:        

 Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini, GUAM PA-nın sədri Elton Məmmədov və deputat Əli Məsimli Baltik Assambleyasının  31-ci sessiyasında iştirak etmək üçün noyabrın  7-dən 10-dək Litvada  səfərdə olacaqlar.
Vilnüs şəhərində keçirilən toplantıda  Şimal  və Baltik dövlətlərinin maliyyə bazarlarında  əməkdaşlıq mexanizmləri,  xarici iqtisadi siyasətin və investisiya  layihələrinin  inkişafı və digər  cari məsələlər  müzakirə ediləcək.

 

Milli Məclisin
Mətbuat  xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU