TİKA NÜMAYƏNDƏLƏRİ MİLLİ MƏCLİSDƏ

XƏBƏRLƏR
06 noyabr 2012 | 06:11   
Paylaşın:        

Noyabrın 6-da Milli Məclisin Türkiyə ilə  parlamentlərarası əlaqələr üzrə işçi  qrupu üzvlərinin ölkəmizdə  səfərdə olan Türk  İşbirliyi və Koordinasiya Agentliyinin (TİKA)  rəhbəri Sərdar  Çamın  başçılıq etdiyi  nümayəndə  heyəti ilə görüşü  oldu.
Qonaqları Azərbaycan parlamentində  salamlamaqdan  xüsusi  məmnunluq  duyduğunu bildirən Milli Məclisin Mədəniyyət komitəsinin sədri,  işçi qrupun rəhbəri Nizami Cəfərov böyük türk dünyasının  təmsilçisi olan hər iki xalqın eyni dinə,  eyni tarixi və milli  adət-ənənələrə malik olduğunu dedi. O, dostluq  qruplarının  fəaliyyətindən, xalqlarımızın birliyindən, milli-mənəvi dəyərlərimizdən geniş söhbət açdı, ortaq türk dilində dərsliklərin hazırlanması sahəsində  görülən işlərdən danışdı.
Görüşdə millət  vəkilləri Qənirə Paşayeva, Məlahət İbrahimqızı, Jalə Əliyeva  iki qardaş   xalq  arasında olan münasibətlərimizin gələcək inkişaf perspektivləri, nəzərdə tutulan yeni qarşılıqlı layihələr barədə öz fikirlərini açıqladılar.
TİKA-nın  rəhbəri  Sərdar Çam  səmimi görüş üçün minnətdarlığını bildirdi.  O,  ulu öndər,  Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət!” deyiminin Türkiyədə  dillər əzbəri olduğunu qeyd etdi. Sonra görüşdə qarşılıqlı  maraq  doğuran  digər  məsələlər  müzakirə  edildi.      

                                                     
Milli Məclisin
Mətbuat  xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU