PARLAMENT XƏBƏRLƏRİ

XƏBƏRLƏR
12 noyabr 2012 | 05:11   
Paylaşın:        

Noyabrın 13-də Belçikanın Brüssel şəhərində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəliyinin açılış mərasimi keçiriləcəkdir. Tədbirdə Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov iştirak edəcəkdir.

*       *       *

Noyabrın 14-də isə Valeh Ələsgərov ABŞ-ın Atlantik Şurasının  təşkil etdiyi Enerji və İqtisadiyyat Sammitində iştirak etmək üçün İstanbula yola düşəcəkdir.
“Dinamik regionda yeni imkanlar” mövzusuna həsr olunmuş bu toplantıda maliyyə böhranından inkişafa doğru, Xəzər qazının bazarlara çıxışı, enerji bazarı - təchizat, tələbat və siyasət, regional inkişafın istiqamətverici amilləri, İraqın regional əlaqələri, ABŞ-da seçkilər və xarici siyasətin nəticələri, İran ətrafında vəziyyət və digər mövzularda müzakirələr aparılacaqdır.
Səfər noyabrın 17-də başa çatacaqdır.

 

Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU