AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASININ KOMİTƏ İCLASLARI KEÇİRİLƏCƏK

XƏBƏRLƏR
12 noyabr 2012 | 05:11   
Paylaşın:        

Noyabrın 12-dən 15-dək Parisdə Avropa Şurası Parlament Assambleyasının Hüquqi işlər və insan haqları, Monitorinq, həmçinin Siyasi işlər və demokratiya komitələrinin iclasları keçiriləcək. Tədbirlərdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, ölkəmizin təşkilatdakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu iştirak edəcək.
Nümayəndə heyətinin tərkibinə deputatlardan Rafael Hüseynov, Elxan Süleymanov və Sabir Hacıyev daxildirlər.
İclaslarda Avropa İnsan haqları Məhkəməsinin effektivliyi, Türkiyə, Bolqarıstan, Monako və Makedoniya ilə post-monitorinq dialoqu, Ukraynada son parlament seçkiləri, Gürcüstanda, Kosovada vəziyyət, Cənubi Qafqazda sabitlik paktına nail olunmasının perspektivləri, Əfqanıstandan narkotik maddələrin nəqlinin Avropa üçün təhlükəsi, Tunisdə siyasi keçid dövrü, Fələstin Milli Şurası ilə əməkdaşlığın dəyərləndirilməsi və digər mövzularda müzakirələr aparılacaq, Qırğızıstan parlamentinin bu ölkəyə AŞPA-da demokratiya üzrə tərəfdaş statusunun verilməsinə dair müraciətinə baxılacaqdır.   
Tədbirlərdə Milli Məclisin deputatları çıxış edəcək, müzakirə olunan məsələlərə münasibət bildirəcəklər.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU