İTALİYADA AZƏRBAYCANLA BAĞLI MƏDƏNİ TƏDBİRLƏR KEÇİRİLƏCƏK

XƏBƏRLƏR
13 noyabr 2012 | 05:11   
Paylaşın:        

Heydər Əliyev Fondunun təşəbbüsü ilə İtaliyada Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı bir sıra tədbirlər keçiriləcək. Tədbirlərdə iştirak etmək üçün Milli Məclisin deputatı, Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli bu ölkədə səfərdədir.
Səfər zamanı millət vəkili Vatikanda təşkil olunmuş ölkəmizin incəsənət xadimlərinin əsərlərindən ibarət sərginin açılışı mərasiminə, habelə Roma şəhərində klassik və milli musiqimizi tərənnüm edən konsertə qatılacaq.
Səfər noyabrın 17-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU