DEPUTATLARIMIZ QAZAXISTANDA PARLAMENT SEÇKİLƏRİNİ MÜŞAHİDƏ EDƏCƏKLƏR

XƏBƏRLƏR
11 yanvar 2012 | 03:01   
Paylaşın:        

Milli Məclisin bir qrup deputatı Qazaxıstanda keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün yanvarın 13-də bu ölkənin Astana və Almatı şəhərlərinə səfər edəcəklər.
Yanvarın 15-nə təyin olunmuş seçkiləri millət vəkilləri Nizami Cəfərov və Sədaqət Vəliyeva TürkPA-nın, Rüfət Quliyev MDB Parlamentlərarası Assambleyasının, Aydın Mirzəzadə isə MDB İcraiyyə Komitəsinin xətti ilə izləyəcəklər.
Deputatlarımız bir sıra seçki məntəqələrində olacaq, tədbirin təşkili məsələləri ilə maraqlanacaq, səsvermənin gedişini, seçicilərin fəallığını müşahidə edəcəklər.
Səfər yanvarın 18-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU