DEPUTATIMIZ AŞ PA-nın KOMİTƏ İCLASINDA İŞTİRAK EDƏCƏK

XƏBƏRLƏR
20 noyabr 2012 | 10:11   
Paylaşın:        

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, parlamentin Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva noyabrın 17-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə səfər edəcək. Millət vəkili AŞ PA-nın burada keçiriləcək Sosial işlər, sağlamlıq və davamlı inkişaf komitəsinin iclasında iştirak edəcək.
Tədbirdə nanotexnologiyaların insan sağlamlığına və ətraf mühitə təsiri, tibbi xidmətdən istifadə üçün bərabər imkanların yaradılması, orqan alverinə qarşı mübarizəyə dair Konvensiyanın yerinə yetirilməsi  və digər mövzularda müzakirələr aparılacaq.
Səfər noyabrın 20-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU