DEPUTATIMIZ ALMANİYAYA SƏFƏR EDƏCƏK

XƏBƏRLƏR
21 noyabr 2012 | 03:11   
Paylaşın:        

Milli Məclisin deputatı Rasim Musabəyov “Dağlıq Qarabağ sülh prosesi:  münaqişənin həllində ədalətin rolu”  mövzusunda  konfransda  iştirak etmək üçün noyabrın 23-dən 27-dək Almaniyaya  səfər  edəcək.
Frankfurt şəhərində keçiriləcək tədbir almaniyalı deputatların təşəbbüsü ilə həyata keçirilir. Deputatımız münaqişənin nizamlanması prosesindəki mövcud durum barədə danışacaq, Azərbaycanın münaqişənin sülh yolu ilə, beynəlxalq hüquq normaları  çərçivəsində  ədalətli həllinə tərəfdar  olmasını  diqqətə çatdıracaq.

 

Milli Məclisin
Mətbuat  xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU