MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

XƏBƏRLƏR
24 noyabr 2012 | 10:11   
Paylaşın:        

Noyabrın 23-də Milli Məclis Sədrinin müavini, Yeni Azərbaycan  Partiyası İdarə Heyətinin üzvü Bahar Muradovanın Asiya siyasi partiyaları  Beynəlxalq  Konfransının VII Baş Assambleyasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Dövlət Dumasının deputatı, hakim Vahid  Rusiya  Partiyası  İdarə  Heyətinin üzvü Andrey Klimovla  görüşü oldu.
Qonağı  səmimi salamlayan Bahar Muradova  xalqlarımız  arasındakı dostluq  münasibətlərinin tarixi  köklərindən  danışdı.  Bildirdi ki,  vaxtilə  bir ölkədə  yaşayıb fəaliyyət göstərmişik.  Lakin, zaman dəyişib və artıq Rusiya ilə Azərbaycan iki ayrı-ayrı müstəqil dövlətdirlər. Vitse-spiker dövlətlərimiz  arasında  iqtisadi, siyasi,  humanitar  və  diplomatik sahələrdə    mövcud olan  münasibətlərimizi yüksək dəyərləndirdi.  Qeyd olundu ki,   hərtərəfli əlaqələrimizin  inkişafı  üçün  geniş zəmin yaradılmışdır. Bakıda  keçirilən Asiya siyasi partiyaları  Beynəlxalq  Konfransının VII Baş Assambleyasının əhəmiyyətini vurğulayan   Bahar Muradova  dedi ki, hazırkı   dövrdə  ayrı-ayrı  regionlarda  mövcud olan problemlərin həll yollarının axtarılması üçün  siyasi partiyaların sıx-sıx  eyni müstəvidə toplaşması  vacib məsələlərdəndir.  Vitse-spiker onu da qeyd  etdi ki, Vahid Rusiya Partiyasınn və YAP-ın hər iki ölkədə hakim partiya olması  parlamentlərimiz  arasında gələcək əməkdaşlıq  üçün geniş perspektivlər açır.
Səmimi görüş üçün minnətdarlığını bildirən Andrey Klimov  ölkələrimizin qanunvericilik orqanları  arasında yüksək səviyyəli əməkdaşlıq qurulmasında  qarşılıqlı səfərlərin əhəmiyyətini  qeyd etdi.  Qonaq Rusiya və Azərbaycan parlamentarilərinin  beynəlxalq  təşkilatlar  çərçivəsində   sıx   əməkdaşlığından, qlobal  problemlərin müzakirəsində  vahid  mövqedən çıxış etmələrindən söhbət  açdı. Andrey Klimov  Azərbaycanda  rus  dilinə  olan yüksək  münasibətdən  məmnun  olduğunu dilə gətirdi. Daha sonra qonaq dekabr ayında Vahid Rusiya Partiyası  nümayəndələrinin YAP-la  Sankt-Peterburq  şəhərində  görüş  keçirmək  təklifini irəli sürdü və təklifin məmnunluqla qarşılanacağına  ümid  etdiyini  vurğuladı.
Görüşdə  qarşılıqlı maraq  doğuran  bir sıra  məsələlər barəsində fikir mübadiləsi aparıldı. 

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU