BEYNƏLXALQ FORUMDA

XƏBƏRLƏR
26 noyabr 2012 | 04:11   
Paylaşın:        

Noyabrın 27-29-da Qazaxıstanın paytaxtı Astana şəhərində “Yeniləşən Qazaxıstan yeni dünyada” adlı Beynəlxalq forum keçiriləcək. Tədbirdə deputat Elmira Axundova iştirak edəcək.
Forum çərçivəsində  müasir dövlət quruculuğu, dünyanın müxtəlifliyi, Qazaxıstanın sosial modernləşməsi və s. mövzularda  sessiyalar təşkil olunacaq.
Tədbirdə Milli Məclisin deputatı Siyasi rəhbərlikdən ümummilli liderliyə mövzusunda çıxış edəcək.
Forumda Qazaxıstanın və dünyanın bir çox tanınmış ictimai-siyasi xadimləri, aparıcı ali təhsil ocaqlarının rəhbərləri   iştirak edəcəklər.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU