PARLAMENT XƏBƏRLƏRİ

XƏBƏRLƏR
27 noyabr 2012 | 06:11   
Paylaşın:        

Milli Məclisin deputatı, “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının  sədri Fuad Muradov təşkilatın xətti ilə keçirilən görüşdə iştirak etmək üçün Qazaxıstanın paytaxtı Astana şəhərində səfərdədir.
Tədbirdə mədəniyyətlərarası dialoqun inkişafı və möhkəmləndirilməsi, xalqlar arasında əlaqələrin genişləndirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılacaq.
Səfər dekabrın 2-də başa çatacaq.

x     x     x

Milli Məclisin deputatı Musa Qasımlı “Azərbaycan-Macarıstan: mədəniyyətlərin dialoqu” mövzusunda keçiriləcək VII Beynəlxalq konfransda iştirak etmək üçün noyabrın 28-də Budapeşt şəhərinə səfər edəcək.
Konfrans Azərbaycan və Macarıstan arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyinə həsr olunub. 
Millət vəkili tədbirdə müzakirəyə çıxarılan məsələlər barədə Azərbaycan tərəfinin mövqeyini bildirəcək.
Səfər dekabrın 1-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU