VİTSE-SPİKER MEKSİKAYA SƏFƏR EDİR

XƏBƏRLƏR
28 noyabr 2012 | 05:11   
Paylaşın:        

Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika  və ekologiya  komitəsinin  sədri Valeh Ələsgərov Meksika Birləşmiş  Ştatlarının  yeni seçilmiş prezidenti Enrike Penya Nietonun andiçmə  mərasimində iştirak etmək üçün  noyabrın 29-da  bu ölkəyə  səfər edəcək.  
Vitse-spiker  paytaxt Mexiko şəhərində keçiriləcək mərasimə qatılacaq, dost Meksika xalqının rifahı naminə qarşıdakı fəaliyyətində yeni prezidentə arzularını çatdıracaq.
Səfər dekabrın 4-də  başa çatacaq.

 

Milli Məclisin
Mətbuat  xidməti



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU