DEPUTATLARIMIZ İTALİYADA SƏFƏRDƏDİR

XƏBƏRLƏR
28 noyabr 2012 | 04:11   
Paylaşın:        

Milli Məclisin İtaliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli, deputatlardan Rüfət Quliyev və Rövşən Rzayev İtaliya parlamentinin Azərbaycanla dostluq qrupunun rəhbəri xanım Rosanno Boldinin dəvəti ilə bu ölkənin paytaxtı Romada səfərdədirlər.
Millət vəkilləri İtaliya ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyinə həsr olunmuş konfransda iştirak edəcəklər. Səfər çərçivəsində deputatlarımız İtaliya parlamentinin rəhbərliyi, komitə sədrləri ilə görüşlər keçirəcək, qanunverici orqanlar arasında əlaqələrin möhkəmləndirilməsi, təcrübə və informasiya mübadiləsinə dair fikirlərini bölüşəcəklər.
Səfər dekabrın 2-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU