AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASININ BÜRO VƏ DAİMİ KOMİTƏ İCLASLARINDA

XƏBƏRLƏR
29 noyabr 2012 | 05:11   
Paylaşın:        

Andorranın Lavella şəhərində Avropa Şurası Parlament Assambleyası Bürosunun və Daimi Komitəsinin iclasları keçirilir. İclaslarda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, ölkəmizin təşkilatdakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov iştirak edir.
Burada dünyada cari siyasi vəziyyət, Gürcüstan, Çernoqoriya və Ukraynada son parlament seçkilərinin nəticələri, ailə məhkəmələrində insan haqlarının qorunması, qeyri-tolerantlıq, irqçilik və ksenofobiya ilə mübarizədə QHT-lərin rolu, uşaq hüquqlarının qorunması və digər mövzularda fikir mübadiləsi aparılacaq.
Tədbirlər noyabrın 30-da başa çatacaq.

 

Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU