AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASININ KOMİTƏ İCLASINDA

XƏBƏRLƏR
29 noyabr 2012 | 05:11   
Paylaşın:        

Dekabrın 3-də Parisdə Avropa Şurası Parlament Assambleyasının Bərabərlik və qeyri-diskriminasiya komitəsinin iclası keçiriləcəkdir. İclasda komitənin İrqçilik və ksenofobiya alt komitəsinin sədri, Milli Məclisin deputatı Sahibə Qafarova iştirak edəcəkdir.
Tədbirdə Cənub-Şərqi Avropada gender bərabərliyi, qadınlara qarşı zorakılıq, siyasi partiyalar və qadınların siyasətdə təmsilçiliyi, milli azlıqların hüquqları və digər mövzularda fikir mübadiləsi aparılacaqdır.
Sahibə Qafarova iclasda “Əmək bazarında yaş diskriminasiyası” mövzusunda məruzə ilə çıxış edəcək, məruzə ətrafında müzakirələr aparılacaqdır.
Səfər dekabrın 5-də başa çatacaqdır.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU