REGİONAL MƏSƏLƏLƏR KOMİTƏSİNİN İCLASINDA

XƏBƏRLƏR
08 dekabr 2011 | 04:12   
Paylaşın:        
Dekabrın 6-da Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirildi. İclası açan komitə sədri Arif Rəhimzadə gündəlikdəki məsələlərlə iştirakçıları tanış etdi.
Əvvəlcə “İsmayıllı rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” qanun lahiyəsi barədə məlumat verildi. Sənəddə rayon mərkəzinə yaxın olan Mican, Qəzli və İsmayıllı kəndlərinin İsmayıllı şəhərinə birləşdirilməsi nəzərdə tutulduğu qeyd edildi.
“Gəncə şəhərinin Kəpəz rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” qanun layihəsində Kəpəz rayonununda yeni salınmış Cavadxan, Məhsəti, Nətavan, Sadıllı, Şıxzamanlı qəsəbələrinə status verilərək, Dövlər reyestrinə daxil edilməsi məsələləri barədə iclas iştirakçılarına məlumat verildi.
“Xaçmaz rayonunun Niyazoba və İlxıçı Həsən Əfəndi bələdiyyələrinin tərkibində dəyişikliklər edilməsi haqqında” qanun layihəsinə əsasən İlxıçı kəndi birinci bələdiyyənin tərkibindən çıxarılaraq İlxıçı Həsən Əfəndi bələdiyyəsinin tərkibinə keçirilməsi qərara alındı.
Son olaraq “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanundakı bələdiyyələrin siyahısına dəyişikliklər edilərək Xaçmaz rayonunun Üryanoba kəndinin siyahıya daxil edilməsi məsələsi diqqətə çatdırıldı.
Ölkədə gedən yenidənqurma işlərini yüksək qiymətləndirən deputatlar, qanunlara edilən bu dəyişikliklərin regionların sosial və iqtisadi inkişafı baxımından əhəmiyyətli olacağını bildirdilər.
Sonda müzakirə olunan sənədlər yekdilliklə plenar iclasa tövsiyyə olundu.


Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU