İraq sürətlə inkişaf edən Azərbaycan ilə əlaqələrin inkişafında maraqlıdır

XƏBƏRLƏR
17 yanvar 2012 | 05:01   
Paylaşın:        

Bakıda səfərdə olan İraq Respublikası Parlamentinin Xarici əlaqələr komitəsinin sədri Hammam Hamudi yanvarın 17-də Milli  Məclisdə Azərbaycan-İraq parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvləri ilə görüşdü.
İşçi qrupun rəhbəri İlham Məmmədov Milli Məclisin strukturu, fəaliyyəti, beynəlxalq əlaqələri barədə qonaqlara ətraflı məlumat verdi. Bildirdi ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bir sıra dövlətlər, o cümlədən İraq Respublikası ilə sıx dostluq əlaqələri qurmuşdur. Milli Məclisdə 80-dək ölkənin parlamenti, o cümlədən İraq parlamenti ilə dostluq qrupu vardır. Bu əlaqələrin inkişafında qarşılıqlı səfərlər mühüm rol oynayır və inanırıq ki, İraq parlament nümayəndə heyətinin bu səfəri münasibətlərimizin  inkişafına yeni təkan verəcəkdir. 
İlham Məmmədov Azərbaycanın sosial-iqtisadi uğurları, Dağlıq Qarabağ münaqişəsi barədə də qonaqlara məlumat verdi.
Görüş üçün təşəkkürünü bildirən Hammam Hamudi diqqətə çatdırdı ki, onun ölkəsi sürətlə inkişaf edən Azərbaycan ilə əlaqələrin dərinləşməsində maraqlıdır. Səfərin məqsədi parlamentlərimiz, eləcə də digər sahələrdə münasibətlərin genişləndirilməsinə dair fikir mübadiləsi aparmaqdır.
Görüşdə iştirak edən İraq-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Jalə Yunis parlamentlərarası əlaqələrin inkişaf perspektivlərindən danışdı.
Sonra görüşdə qarşılıqlı səfərlərin təşkili, mədəni, turizm, idman, elm və təhsil sahələrində əlaqələrin inkişafına dair geniş fikir mübadiləsi aparıldı.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU