PARLAMENT XƏBƏRLƏRİ

XƏBƏRLƏR
05 dekabr 2012 | 03:12   
Paylaşın:        

 Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri  Səməd  Seyidov  Xəzər Strateji İnstitutunun  enerji məsələlərinə  həsr  olunmuş  forumunda  iştirak etmək üçün  Türkiyənin İstanbul şəhərində səfərdədir.
Deputatımız tədbirdə  müzakirə olunacaq  məsələlərə öz münasibətini  bildirəcək, fikirlərini açıqlayacaq.
Səfər dekabrın 6-da  başa çatacaq.

*  *  *

Milli Məclisin deputatları Qənirə Paşayeva və Adil Əliyev “Dağlıq Qarabağ münaqişəsi və Cənubi Qafqaz regionunun təhlükəsizliyi” mövzusunda dekabrın 10-da keçiriləcək konfransda  iştirak  etmək  üçün  Niderland Krallığının Haaqa  şəhərinə  səfər  edəcəklər.
Beynəlxalq İnsan Haqları  gününə təsadüf  edən  tədbirin məqsədi Ermənistanın işğalı nəticəsində azərbaycanlıların etnik təmizləmə  siyasətinə məruz qalması, işğal altındakı ərazilərdə  xalqımıza məxsus  tarixi və mədəni abidələrin  dağıdılması,  Dağlıq Qarabağ münaqişəsi  barədə dünya ictimaiyyətinin  daha ətraflı məlumatlandırılmasıdır.
 
*  *  *
Milli Məclisin  deputatları Jalə Əliyeva  və Qənirə Paşayeva  Avropada  Təhlükəsizlik və Əməkdaşlıq  Təşkilatının Avropa  Parlamenti ilə birgə təşkil etdiyi “ATƏT regionunda  qadın deputatlar  üçün  parlament strukturlarının  möhkəmləndirilməsi” mövzusunda  dekabrın 12-də Avstriyanın paytaxtı Vyana  şəhərində keçiriləcək konfransda  iştirak edəcəklər.
 Tədbirin əsas məqsədi  quruma üzv dövlətlərin  qadın deputatları arasında təcrübə mübadiləsini genişləndirməkdir. Deputatlarımız bu sahədə  parlament  strukturlarının təsisi  və inkişafına dair fikir mübadiləsi aparacaqlar.

*  *  *

Milli Məclisin deputatı  Çingiz  Qənizadə  TürkPA Beynəlxalq Əlaqələr  Komissiyasının  ikinci iclasında  iştirak etmək üçün  dekabrın  10-dan 13-dək Qazaxıstana   səfər edəcək.
Astana  şəhərində  keçiriləcək  tədbirdə  “Türkdilli dövlətlər  arasında  münasibətlərin  inkişafında  Türk  şurası, TürkPA və Türksoyun  yeri və rolu”  mövzusunda  hesabat məruzəsi  dinləniləcək, türk dünyasının qlobal siyasi arenada  yeri  haqqında  fikir mübadiləsi  aparılacaq.


Milli Məclisin
Mətbuat  xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU