PARLAMENT XƏBƏRLƏRİ

XƏBƏRLƏR
06 dekabr 2012 | 05:12   
Paylaşın:        

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov və deputat Azay Quliyev Rumıniyada keçiriləcək parlament seçkilərini izləmək üçün dekabrın 7-də Buxarest şəhərinə səfər edəcəklər.
Millət vəkilləri ATƏT Parlament Assambleyasının  müşahidə missiyasının tərkibində seçkilərə qatılaraq prosesin gedişatına, seçicilərin fəallığına, prosedur qaydalara riayət olunmasına diqqət yetirəcəklər.

*     *     *

Sonra dekabrın 10-da Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov Türkiyənin İstanbul şəhərinə yola düşəcək.
Deputatımız burada ümummilli lider Heydər Əliyevin vəfatının 9-cu ildönümü ilə əlaqədar təşkil olunmuş tədbirdə iştirak edəcək. Eldar İbrahimov ulu öndərlə bağlı xatirələrini toplantı iştirakçıları ilə bölüşəcək.
Səfər dekabrın 13-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU