AVROPA ŞURASI PARLAMENT ASSAMLEYASININ KOMİTƏ İCLASLARINDA

XƏBƏRLƏR
07 dekabr 2012 | 05:12   
Paylaşın:        

Milli Məclisin deputatı Rafael Hüseynov Avropa Şurası Parlament Assambleyasının komitə iclaslarında iştirak etmək üçün dekabrın 9-da Fransanın paytaxtı Paris şəhərinə səfər edəcək.
Qurumun Hüquq məsələləri və insan haqları komitəsinin  gündəliyinə təşkilatda monitorinq üzrə ekspertlərin seçki prosesinin təkmilləşdirilməsi, qeyri-üzv ölkələrin Avropa Şurasının qəbul etdiyi konvensiyalarda iştirakı, Avropa İnsan Haqları Məhkəməsinin gələcəyi, həbs cəzasına alternativ variantlar, milli təhlükəsizlik və informasiya əldə etmə məsələləri daxil edilmişdir.
Elm, mədəniyyət və təhsil komitəsinin iclasında mətbuat azadlığının durumu, gənc avropalılar üçün yeni təhsil istiqamətləri,  televiziya kanallarında zorakılıq hallarının nümayişi və bunun uşaqlara təsiri, idmanda etik qaydalara riayət olunması, Avropanın sənaye irsi mövzularında müzakirələr aparılacaq.
Millət vəkili hər iki tədbirdə müzakirə olunacaq məsələlər barədə fikirlərini açıqlayacaq, təkliflərini verəcək.
Səfər dekabrın 20-da başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU