BEYNƏLXALQ PARLAMENT FORUMUNDA

XƏBƏRLƏR
10 dekabr 2012 | 02:12   
Paylaşın:        

Milli Məclis Sədrinin müavini Bahar Muradova  və  Regional məsələlər komitəsinin sədri Arif  Rəhimzadə  Rusiyanın paytaxtı Moskva  şəhərində  keçirilən Beynəlxalq Parlament  Forumunda  iştirak etmək üçün bu ölkədə  səfərdədirlər.
Rusiya  Federal Şurası  Dövlət  Dumasının  dəstəyi ilə  təşkil edilən toplantı “Müasir parlamentarizm və demokratiyanın gələcəyi” mövzusuna  həsr olunub.
Bahar Muradova  forumda  mövzu ilə əlaqədar çıxış edəcək. Milli Məclisin  Sədr müavininin tədbirdə iştirak edən  nümayəndə heyətlərinin başçıları ilə bir sıra görüşləri də nəzərdə   tutulmuşdur.
 Səfər dekabrın 11-də  başa  çatır.

 

 

 

Milli Məclisin
Mətbuat  xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU