MİLLİ MƏCLİSİN DEPUTATLARI ŞİMALİ KİPR PREZİDENTİNİN DƏFNİNDƏ İŞTİRAK EDƏCƏKLƏR

XƏBƏRLƏR
17 yanvar 2012 | 06:01   
Paylaşın:        

Milli Məclisin deputatları Gülər Əhmədova, Əliağa Hüseynov və Mirkazım Kazımov Şimali Kipr Türk Cümhuriyyətinin Lefkoşa şəhərində səfərdədirlər. Deputatlar burada Şimali Kipr Türk Cümhuriyyətinin sabiq prezidenti Rauf Denktaşın dəfn mərasimində iştirak edəcək, başsağlığı verəcəklər.
Səfər yanvarın 18-də başa çatacaqdır.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU