AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASININ KOMİTƏ İCLASLARI KEÇİRİLƏCƏK

XƏBƏRLƏR
10 dekabr 2012 | 05:12   
Paylaşın:        

Dekabrın 11-12-də Parisdə Avropa Şurası Parlament Assambleyasının Hüquqi işlər və insan haqları və Monitorinq komitələrinin iclasları keçiriləcək. Tədbirlərdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, ölkəmizin təşkilatdakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, deputatlar – Milli Məclisin Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov və Rafael Hüseynov iştirak edəcəklər.
İclaslarda Avropa insan haqlarının gələcəyi, həbs etmələrə alternativ variantların təşviqi, milli təhlükəsizlik və informasiyaya çıxış, Bolqarıstan və Türkiyə ilə monitorinq sonrası dialoq, Azərbaycana dair hesabatın son variantının təsdiqi, Monteneqroda son parlament seçkilərinə dair məlumat, Ukraynada son siyasi hadisələr və digər mövzularda fikir mübadiləsi aparılacaqdır.
Hüquqi işlər və insan haqları komitəsində deputat Rafael Hüseynovun “Qeyri-üzv dövlətlərin Avropa Şurasının konvensiyalarında iştirakı” mövzusunda məruzəsi dinləniləcək, bu barədə müzakirələr aparılacaqdır. 
   

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU