“AZƏRBAYCAN: KEÇMİŞDƏN GƏLƏCƏYƏ” ADLI BEYNƏLXALQ KONFRANSDA

XƏBƏRLƏR
28 dekabr 2012 | 03:12   
Paylaşın:        

Milli Məclisin deputatı Aydın Mirzəzadə Doğu Akdeniz Universitetində keçiriləcək “Azərbaycan: keçmişdən gələcəyə” adlı beynəlxalq konfransda iştirak etmək üçün Şimali Kipr Türk Cümhuriyyətinə səfərə yola düşüb.
Tədbir Dünya azərbaycanlılarının həmrəyliyi gününə həsr olunub. Konfransın təşkilatçısı Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyəti və Doğu Akdeniz Universitetidir. ŞKTC Prezidentinin və ictimai-siyasi xadimlərinin, ali məktəblərin professor-müəllim heyəti ilə tələbələrinin, eyni zamanda Kiprdə təhsil alan soydaşlarımızın qatılacağı tədbirdə deputatımız müstəqil Azərbaycan dövlətinin keçdiyi yoldan, qısa zamanda qazandığı nailiyyətlərdən bəhs edəcək, ölkəmizin gerçəklikləri barədə ətraflı məlumat verəcək.
Səfər çərçivəsində Aydın Mirzəzadə Şimali Kipr Türk Cümhuriyyətinin dövlət və hökumət rəsmiləri ilə, digər universitetlərin tələbələri ilə də bir sıra görüşlər keçirəcək.
Deputatımız dekabrın 30-da vətənə qayıdacaq.

 

Milli Məclisin
 Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU