HENRİ ROBERTO CUELLAR: “Azərbaycan öz zəngin təbii sərvətlərinə və yerləşdiyi mövqeyə görə Texasa bənzəyir.”

XƏBƏRLƏR
10 yanvar 2013 | 06:01   
Paylaşın:        

Yanvarın 10-da Milli Məclisin Beynəlxalq əlaqələr  və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycan-ABŞ  parlamentlərarası əlaqələr üzrə işçi  qrupun  rəhbəri Səməd Seyidovun  ölkəmizdə  səfərdə olan  ABŞ Konqresinin üzvü Henri Roberto Cuellar ilə görüşü oldu. 
Qonağı  salamlayan  qrupun rəhbəri ölkələrimiz  arasında  mövcud olan siyasi, iqtisadi və mədəni əlaqələrdən  söhbət açdı. Qeyd  olundu ki, dünyanın fövqəldövləti sayılan ABŞ-la münasibətlərin inkişafı Azərbaycanın xarici  siyasətində əsas yerlərdən birini tutur. Azərbaycanın bu  əlaqələri  daha  da  genişləndirmək niyyətində olduğunu deyən Səməd Seyidov qarşılıqlı münasibətlərimizin strateji  tərəfdaşlıq səviyyəsinə çatdığını söylədi. O, bu sahədə parlamentlərarası dostluq qruplarının fəaliyyətini yüksək qiymətləndirdi.
ABŞ Konqresində Texas  ştatını təmsil edən Henri Roberto Cuellar  səmimi görüş  və yüksək qonaqpərvərlik üçün  minnətdarlıq etdi və bildirdi ki, Texasla Azərbaycan zəngin təbii ehtiyatlarına və yerləşdikləri  coğrafi mühitə  görə çox bənzərdirlər. Konqresmen ölkəmizin onda yüksək təəssürat  oyatdığını, bu ilin aprel ayında bir  qrup  konqresmenlə birlikdə yenidən Azərbaycana səfər planlaşdırıldığını dedi. Azərbaycan Diplomatiya Akademiyasında olduğunu vurğulayan qonaq ölkələrimiz  arasında təhsil sahəsində aparılan  təcrübə mübadiləsinin  yaxşı nəticələr  verəcəyinə ümidvar olduğunu  vurğuladı.
Görüşdə  qarşılıqlı maraq  doğuran bir  sıra  məsələlər barədə fikir mübadiləsi  aparıldı.


Milli Məclisin
Mətbuat  xidməti



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU