İSLAM ƏMƏKDAŞLIĞI TƏŞKİLATINA ÜZV DÖVLƏTLƏRİN PARLAMENT İTTİFAQININ TƏDBİRLƏRİNDƏ

XƏBƏRLƏR
18 yanvar 2013 | 12:01   
Paylaşın:        

  Milli Məclisin deputatları Gövhər Baxşəliyeva, Asəf Hacıyev, Mirkazım Kazımov və Sabir Rüstəmxanlı İslam Konfransı Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının  konfransı ilə əlaqədar  tədbirlərdə iştirak etmək üçün  yanvarın 17-dən 23-dək  Sudanda səfərdə olacaqlar.
 Tədbir  çərçivəsində  təşkilatın İcra komitəsinin,  Siyasi məsələlər və xarici əlaqələr, İqtisadi məsələlər və ətraf mühit,  Mədəni və hüquqi  məsələlər, Sivilizasiyalar və  dinlərarası  dialoq,  İnsan hüquqları və ailə məsələləri  üzrə  komitələrin  iclasları, həmçinin  Konfransın 8-ci  sessiyası  keçiriləcək.
Toplantılarda  sülh məqsədləri üçün müasir  texnologiyalardan  istifadə,  Yaxın Şərqin nüvə  silahından  qorunması, Sudanın suverenliyinə dəstək, müsəlman dövlətləri arasında həmrəylik və birliyin təşviqi,  təhlükəsizlik məsələləri barədə fikir  mübadiləsi aparılacaq. Tədbirdə Azərbaycan  ərazilərinin ermənilər  tərəfindən işğalı,  qaçqın  və məcburi köçkünlərin vəziyyəti  barədə   müzakirələr  keçiriləcək.   

                   

  Milli  Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU