AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASININ QIŞ SESSİYASINDA

XƏBƏRLƏR
18 yanvar 2013 | 05:01   
Paylaşın:        

Yanvarın 21-dən 25-dək Strasburqda Avropa Şurası Parlament Assambleyasının qış sessiyası keçiriləcəkdir. Sessiyada Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, təşkilatda daimi nümayəndə heyətimizin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu iştirak edəcəkdir.
Nümayəndə heyətinin tərkibinə deputatlardan Əli Hüseynli, Elxan Süleymanov, Rafael Hüseynov, Qənirə Paşayeva, Sabir Hacıyev, Rövşən Rzayev, Aydın Abbasov, Sevinc Fətəliyeva,  Sahibə Qafarova və Fazil Mustafa daxildirlər.
Sessiyada Assambleyanın yeni sədri seçiləcək, Kosovada vəziyyət, Avropa Yenidənqurma və İnkişaf Bankının fəaliyyəti, Rusiya-Gürcüstan müharibəsindən sonra zərər çəkmiş ərazilərdə humanitar vəziyyət, Azərbaycan tərəfinin vəzifə və öhdəliklərinin yerinə yetirilməsi, insan mənşəli orqanlar və hüceyrələrlə alverə qarşı mübarizə, Avropada media azadlığının vəziyyəti və digər mövzularda fikir mübadiləsi aparılacaqdır.
İclaslarda deputatlarımız çıxış edəcək, gündəlikdəki məsələlərə münasibət bildirəcəklər.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU