İTALİYADA AZƏRBAYCANA HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİR

XƏBƏRLƏR
04 fevral 2013 | 10:02   
Paylaşın:        

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası  əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva İtaliyada səfərdədir. Deputatımız bu ölkəyə Roma Beynəlxalq Münasibətlər İnstitutu  tərəfindən təşkil edilən “Çoxqütblü dünyada Azərbaycan” mövzusunda  konfransda iştirak  etmək  üçün  gedib.
Yanvarın 30-da keçirilən tədbirdə  “Azərbaycanda keçid dövrü: təhlükəsizlik, demokratiya və inkişaf”, “Azərbaycan və regional təhlükəsizlik” və “Çoxqütblü dünyada Azərbaycan: şanslar və çağırışlar” başlıqlı panellər yer alıb.
Deputatımız müzakirə edilən məsələlərlə bağlı öz münasibətini  bildirəcək.   


Milli Məclisin

Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU