AVRONEST PA-nın İQTİSADİ KOMİTƏSİNİN İCLASINDA

XƏBƏRLƏR
08 fevral 2013 | 03:02   
Paylaşın:        

Milli Məclisin Hüquq siyasəti  və  dövlət  quruculuğu  komitəsinin  sədri Əli Hüseynli, deputatlardan Azər Kərimli və Hacı Salayev  Avronest Parlament Assambleyasının İqtisadi komitəsinin iclasında  iştirak etmək üçün fevralın 11-dən 13-dək  Moldovaya  səfər  edəcəklər.
Kişinyov şəhərində keçirilən tədbirdə “Şərq tərəfdaşlığı  ölkələrinin milli qanunvericiliyi ilə Avropa İttifaqının iqtisadi  qanunvericiliyinin uyğunlaşdırılması” mövzusunda məruzə  dinləniləcək və məruzə ətrafında fikir  mübadiləsi aparılacaq.
Deputatlarımız  müzakirə  edilən məsələlərə  öz  münasibətlərini  bildirəcəklər.


Milli Məclisin
Mətbuat xidməti



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU