AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASININ QIŞ SESSİYASINDA

XƏBƏRLƏR
19 yanvar 2012 | 09:01   
Paylaşın:        

Yanvarın 23-dən 27-dək Strasburqda Avropa Şurası Parlament Assambleyasının qış sessiyası keçiriləcəkdir. Sessiyada Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, təşkilatda daimi nümayəndə heyətimizin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu iştirak edəcəkdir.
Nümayəndə heyətinin tərkibinə deputatlardan Qənirə Paşayeva, Sabir Hacıyev, Rövşən Rzayev, Sevinc Fətəliyeva,  Sahibə Qafarova, Rafael Hüseynov və Fazil Mustafa daxildirlər.
Sessiyada İnsan Hüquqları Məsələləri üzrə Avropa Şurası Komissarının seçilməsi, Avropada demoqrafik tendensiyalar, Qadınlara qarşı zorakılıq və məişət zorakılığı əleyhinə Avropa Şurası Konvensiyasının inkişaf etdirilməsi, Avropada müsəlman qadınlar, hər kəsin mədəni həyatda iştirak hüququ, Belarusda vəziyyət, Ukraynada, Bosniya və Herseqovinada demokratik qurumların fəaliyyəti, Serbiya tərəfindən öhdəliklərin həyata keçirilməsi və digər mövzularda fikir mübadiləsi aparılacaqdır.
İclaslarda deputatlarımız çıxış edəcək, gündəlikdəki məsələlərə münasibət bildirəcəklər.

 

Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU