AVRONEST PA-nın GÜRCÜSTANDAKI İCLASINDA

XƏBƏRLƏR
12 fevral 2013 | 04:02   
Paylaşın:        

Milli Məclisin deputatları Qənirə Paşayeva, Asim Mollazadə və Ceyhun Osmanlı Avronest PA-nın Siyasi komitəsinin iclasına qatılmaq üçün fevralın 13-də Gürcüstanın paytaxtı Tbilisi şəhərinə səfərə yola düşəcəklər.
İclasda “Şərqi Avropadakı tərəfdaş ölkələrdə regional təhlükəsizlik çağırışları” mövzusunda məruzə layihəsi təqdim olunacaq. İki gün davam edəcək ilkin müzakirələrdə deputatlarımız rəy və təkliflərini bildirəcəklər. 


Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU