TÜRKİYƏDƏ XOCALI SOYQIRIMINI ANMA MƏRASİMİ KEÇİRİLƏCƏKDİR

XƏBƏRLƏR
19 fevral 2013 | 09:02   
Paylaşın:        

Xocalı soyqırımının 21-ci ildönümü ərəfəsində Türkiyənin Qars şəhərində Xocalı soyqırımını anma mərasimi keçiriləcəkdir. Mərasimdə iştirak etmək üçün Milli Məclisin deputatı Aydın Mirzəzadə fevralın 16-dan 19-dək Türkiyədə səfərdə olacaqdır. Deputatımız mərasimdə çıxış edəcək, xalqımıza qarşı törədilmiş bu faciə barədə faktları iştirakçıların diqqətinə çatdıracaqdır.
Milli Məclisin deputatı səfər çərçivəsində qardaş ölkədə yaşayan Azərbaycan icması ilə də bir sıra görüşlər keçirəcək, fikir mübadiləsi aparacaqdır.

 

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU