TÜRKİYƏDƏ XOCALI SOYQIRIMINA HƏSR EDİLMİŞ SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLƏCƏK

XƏBƏRLƏR
22 fevral 2013 | 01:02   
Paylaşın:        

 Milli Məclisin deputatı Jalə Əliyeva fevralın 22-dən 27-dək Türkiyədə  səfərdə olacaq.  Deputatımız əvvəlcə Yalova  şəhər  bələdiyyəsinin  və Azərbaycanın Türkiyədəki səfirliyinin  təşkilatçılığı ilə Xocalı faciəsinə həsr olunmuş  “Qarabağın  işğalı  və Xocalı soyqırımı” adlı Beynəlxalq konfransda, sonra isə İstanbulda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin  yaranmasının  20 illiyinə  həsr  edilmiş  toplantıda  iştirak  edəcək.

*  *  *

Milli Məclisin deputatları Aydın Mirzəzadə   və Elman Məmmədov Xocalı faciəsinə həsr  edilmiş tədbirlərdə iştirak etmək üçün  fevralın 22-dən 27-dək Türkiyəyə səfər edəcəklər.
Qardaş ölkənin Giresun Universitetində və Yalovada Əskişəhər Osmanqazi Universitetində “Qarabağın işğalı və Xocalı  soyqırımı” mövzusunda beynəlxalq  konfranslarda  iştirak edəcək deputatlarımız tədbir  iştirakçılarına  faciə haqqında  ətraflı məlumat  verəcəklər.

Aydın Mirzəzadə  daha  sonra Ankara  və Trabzon şəhərlərində də olacaq., burada Xocalı faciəsinin 21-ci ildönümünə həsr  edilmiş tədbirlərə qatılacaq.  

* *  *

Milli Məclisin deputatı Musa Qasımlı Türk Hava Qurumu  Universitetinin  və Universitet Məzunları İctimai Birliyinin  təşkilatçılığı  ilə Xocalı soyqırımına  həsr  edilmiş  toplantılarda  iştirak etmək üçün  fevralın  23-dən 28-dək  Ankarada  səfərdə olacaq.
Deputatımız Azərbaycan tarixinin bu qanlı  səhifəsi, faciənin  miqyası və Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin  mövcud durumu barədə  tədbir iştirakçıları ilə  fikirlərini bölüşəcək.

 

Milli Məclisin
Mətbuat  xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU