MDB PA-nın DAİMİ KOMİSSİYASINDA

XƏBƏRLƏR
22 fevral 2013 | 10:02   
Paylaşın:        

Milli Məclisin deputatları İqbal Məmmədov və Rüfət Quliyev MDB Parlament Assambleyasının Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının iclasında iştirak etmək üçün fevralın 25-dən martın 1-dək Rusiyanın Sankt-Peterburq şəhərində səfərdə olacaqlar.
Komissiyada MDB ölkələri üçün hazırlanmış bəzi model qanunvericilik aktlarına baxılacaq. O cümlədən, insan alverinə qarşı mübarizə ilə əlaqədar Cinayət və Cinayət-Prosessual məcəllələrinin layihəsində dəyişikliklər və əlavələr edilməsi məsələsi müzakirə olunacaq.
İclasda “Antikorrupsiya monitorinqi haqqında” model qanun barədə məruzə dinləniləcək, normativ hüquqi aktların və onların layihələrinin antikorrupsiya ekspertizasına, həmçinin cinayət yolu ilə əldə olunmuş gəlirlərin leqallaşdırılmasına və maliyyə terrorizminə qarşı mübarizəyə dair model qanunlar şərh ediləcək. Təşkilati məsələlərə baxılacaq.
 


                                                                                   Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU