STOKHOLMDA XOCALI SOYQIRIMI YAD EDİLƏCƏK

XƏBƏRLƏR
22 fevral 2013 | 05:02   
Paylaşın:        

Milli Məclisin deputatları Elton Məmmədov və Elman Məmmədov   fevralın 23-dən 27-dək İsveç Krallığının Stokholm şəhərinə səfər  edəcəklər.
Bu ölkədə erməni silahlı qüvvələrinin 1992-ci il fevralın 26-da Xocalıda törətdikləri qanlı faciənin 21-ci ildönümü Azərbaycan  və türk  diasporunun təşkilatçılığı  ilə yad  ediləcək.
Deputatlarımız Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş  mitinqdə, Avropa  və Skandinaviya  ölkələrinin mətbuat  nümayəndələrinin qatıldığı mətbuat  konfransında iştirak edəcək,  faciə haqqında ətraflı məlumat verəcək,  bu qanlı hadisəni əks  etditən kitab və video çarxlar nümayiş etdirəcəklər.
Səfər  çərçivəsində deputatlarımızın İsveç parlamentinin rəhbərliyi və İsveç-Azərbaycan  parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşləri də nəzərdə  tutulmuşdur.

 

Milli  Məclisin
Mətbuat  xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU