MİLLİ MƏCLİSİN NÜMAYƏNDƏ HEYƏTİ ÇİNDƏ SƏFƏRDƏ OLACAQ

XƏBƏRLƏR
23 fevral 2013 | 01:02   
Paylaşın:        

Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərovun başçılıq etdiyi parlament nümayəndə heyəti Çin Xalq Respublikasının Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsinin dəvəti ilə fevralın 23-də Pekinə yola düşəcəkdir.
Nümayəndə heyətinə Milli Məclisin deputatları Siyavuş Novruzov, Əliağa Hüseynov, Rauf Əliyev və Əli Məsimli daxildirlər.
Səfər müddətində Milli Məclisin deputatları Pekin şəhərində Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsinin rəhbəri, Sian və Şanxay şəhərlərində isə qurumun buradakı nümayəndəliklərinin rəhbərləri ilə görüşlər keçirəcəklər. Keçiriləcək görüşlərdə iki ölkə arasında qarşılıqlı münasibətlərin, həmçinin parlamentlərarası əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılacaqdır.
Səfər çərçivəsində nümayəndə heyəti Şanxayda Ekspo və Şəhər Planlaşdırma sərgilərinə baxacaq, Triumf Beynəlxalq Mühəndislik şirkəti ilə tanış olacaqdır. Milli Məclisin deputatları Çinin tarixi şəhərlərində də gedəcək, Böyük Çin Səddini seyr edəcək, bu ölkənin qədim və görməli yerləri ilə tanış olacaqlar.
Səfər martın 4-də başa çatacaqdır.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU