İSRAİLDƏ VƏ AVSTRİYADA XOCALI SOYQIRIMI ANILACAQDIR

XƏBƏRLƏR
23 fevral 2013 | 01:02   
Paylaşın:        

Milli Məclisin deputatı Fuad Muradov Xocalı soyqırımının 21-ci ildönümünə həsr edilmiş “Xocalı hər zaman bizim ürəyimizdədir” adlı fotosərgidə və anım mərasimində iştirak etmək üçün fevralın 24-də İsrailin Tel-Əviv şəhərinə yola düşəcəkdir.
Tədbirdə millət vəkili çıxış edəcək, ermənilər tərəfindən  xalqımıza qarşı törədilmiş soyqırımı vəhşilikləri fotolar və sənədlər vasitəsilə bu ölkənin ictimaiyyətinə təqdim olunacaqdır.
Fevralın 27-də isə Fuad Muradov Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş və ölkəmizin Avstriyadakı səfirliyi tərəfindən təşkil edilmiş konfransda iştirak etmək üçün Vyanaya gedəcəkdir.
Konfransda erməni şovinist dairələrinin mərhələ-mərhələ azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı haqqında həqiqətlər tədbir iştirakçılarının diqqətinə çatdırılacaqdır.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU